Britaniyaya məxsus beşinci nəsil “F-35B” qırıcısı Yaponiyanın Kaqosima şəhərindəki hava limanına məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, məlumatı “Kyodo” agentliyi yayıb.
Bildirilib ki, təyyarənin qəfil enişi səbəbindən hava limanının uçuş-enmə zolağı qısa müddətə bağlanıb. Bu hal bir sıra kommersiya reyslərinin gecikməsinə səbəb olub.
Məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. Həmin təyyarənin Böyük Britaniyanın “Prince of Wales” aviadaşıyıcısının göyərtə aviasiyasına məxsus olduğu ehtimal edilir.
Hazırda aviadaşıyıcı müşayiət gəmiləri ilə birlikdə Yaponiyanın ərazi sularında yerləşir və Yaponiya Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərdə iştirak edir.
Əliyar Xəlil
Globalinfo.az














