Britaniya müdafiə nazirinin təyyarəsinə hücum – Rusiya İZİ

Rusiya Böyük Britaniyanın müdafiə nazirinin təyyarəsindəki GPS siqnalını bloklayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Britaniya hökumətindəki mənbələrdən məlumat daxil olub.

İddiaya görə, Rusiya Polşadan qayıdan Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın təyyarəsinin peyk siqnalını pozmaqda şübhəli bilinir.

“Reuters”in həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın Kalininqrad vilayəti yaxınlığından uçarkən GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb. Bu müddət ərzində mobil telefonlar internetə qoşula bilməyib. Ona görə də pilotlar təyyarənin yerini müəyyən etmək üçün alternativ üsullardan istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi vəziyyətlə bağlı şərh verməkdən imtina edib.

Əliyar Xəlil
Globalinfo.az