Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin mövzusunda Ankaranın mövqeyini şübhə altına almağa çalışan dairələri sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə İstanbulda Türkiyə Gənclər Fondunun tədbirində çıxışı zamanı danışıb.
Prezident bəyan edib ki, Türkiyənin Fələstinə verdiyi sarsılmaz dəstək bəzi dairələri narahat edir və bu qüvvələr vaxtilə Azərbaycanın Qarabağ mübarizəsinə qarşı da ədalətsiz mövqe sərgiləyiblər:
“Qəzzanı müdafiə edənləri terrorçu adlandıranlar, Suriyada baş verən insanlıq faciələri qarşısında susanlar, vaxtilə Qarabağ məsələsində Azərbaycanın deyil, işğalçıların arqumentlərini əsas götürənlər bu gün də Fələstin məsələsində eyni mövqedədirlər. Biz onların bu ikiüzlülüyünü görür və heç kimi aldatmalarına imkan vermirik”.
Ərdoğan çıxışı zamanı həm Fələstinə, həm də Azərbaycanın haqq mübarizəsinə verdikləri dəstəyin dəyişməz və prinsipial olduğunu bir daha vurğulayıb.
Tahir Turan