Britaniya kralı Bukinqem sarayına köçmək istəmir

Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamilla Bukinqem sarayına köçmək istəmirlər.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı öz mənbələrinə istinadən “Daily Mail” yayıb.

Mənbənin sözlərinə görə, Kral hesab edir ki, Bukinqem sarayı müasir dünyada yaşayış üçün uyğun gəlmir və onun tərkibi rasional deyil.

Bildirilir ki, Britaniya kralı 2003-cü ildən etibarən həyat yoldaşı ilə Vestminsterdə Klarens-haus iqamətgahında yaşayır.

Qeyd edək ki, Britaniya mediasının daha əvvəl yazdığı məlumata görə, Kral Çarlz növbəti 5 il ərzində təmir işləri səbəbindən Bukinqem sarayına köçə bilməyəcək.