Böyük Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində illik dialoqu və müdafiə sahəsi ilə bağlı digər danışıqları dondurub.
Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın Gürcüstandakı səfiri Garet Uord “İnterPress” xəbər agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, bunun səbəbi Tbilisinin demokratiya yolundan geri atmasıdır:
“Mən gözləyirdim ki, biz Gürcüstanın dayanıqlılığı və ümumi rifahını gücləndirmək üçün birlikdə çalışacağıq. Lakin son bir il ərzində Gürcüstan hökuməti fərqli kurs seçib”.
Xatlırladaq ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi xarici agentlər haqqında qanununun qəbulundan sonra dayandırılıb.