Britaniya Husilərə qarşı genişmiqyaslıa əməliyyata başlayır

Britaniya Husilərə qarşı genişmiqyaslıa əməliyyata başlayır

“Böyük Britaniya Qırmızı dənizdə husilərə qarşı hava zərbələri endirməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki,bu barədə “The Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr bildirir ki,London husilərin Yəməndə,yaxud dənizdə yerləşən qüvvələrinə və hücumların koodinasiya olunduğu hədəflərə zərbələr endirmək üçün ABŞ,həmçinin başqa bir Avropa ölkəsi ilə güclərini birləşdirəcək.

ABŞ və Britaniyanın koordinasiyalı hücumu üçün Kral Hərbi Dəniz Qüvvələrinin döyüş təyyarələri və ya HMS Diamond (Type 45 idarə olunan zenit-raket eskadrilya minaaxtaran gəmisindən) istifadə edilə bilər.

Mənbənin “The Times”ə verdiyi məlumata görə, Qırmızı dənizdə gəmilərə hücum edən husilərə son xəbərdarlıq edilib.

Qeyd edək ki,ABŞ Müdafiə Nazirliyinin Qırmızı dənizdə husilərə qarşı çoxmillətli əməliyyatlara başladığı açıqlanmışdı.

Əliyar Xəlil

Globalinfo.az