Britaniya Rusiyaya qarşı yeni sanksiya paketini cümə günü elan edəcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.
Məlumata görə, sanksiyalar fiziki və hüquqi şəxslərə qarşı yönəldiləcək. Xüsusilə korrupsiya və insan haqlarının pozuntusunda adları hallanan şəxslər siyahıda yer alacaq.
Qeyd edək ki, dünən Avropa Komissiyası Rusiyaya qarşı 9-cu paket sanksiyaları elan edib. AB-nin hazırladığı təkliflər paketində 200 şəxs və şirkətin adı yer alıb.
İlkin
Globalinfo.az














