
Britaniyanın Baş naziri Rişi Sunak keçiriləcək seçkilərdən öncə qoyunların əhatəsində foto çəkdirərək özünü piar etmək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, lakin heyvanlar piarçıların planını pozaraq foto çəkmək üçün nəzərdə tutulan ərazidən qaçıblar. Bu hal Qərb mediası tərəfindən kameraların yaddaşına həkk edilib.
Belə ki, “Sky News” Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeronun Devondakı fermaya səfəri zamanı yerli sakinlərlə görüşməzdən öncə qoyunları yemləməyə çalışdığı komik video yayımlayıb.
Səfər fermerlərin səslərini cəlb etmək kampaniyasının bir hissəsi kimi təşkil olunsa da, plan fiaskoya uğrayıb. Belə ki, heyvanlar onları yemləməyə çalışan britaniyalı nazirlərdən qaçmağa başlayıblar.
Qeyd edək ki, Britaniyanın hazırkı baş nazirinin reytinqi xeyli sarsılıb. Rişi Sunak nüfuzunu artırmaq üçün çalışır.
Müşviq Tofiqoğlu
Globalinfo.az














