Rusiya Federasiyasının əməkdar artisti Svetlana Svetliçnaya vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə kinoekspert Vyaçeslav Smirov bildirib.
85 yaşında vəfat edən aktrisanın bir müddətdir ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkdiyi açıqlanıb.
A.Svetliçnaya SSRİ dövründə bir çox filmlərdə rol alıb. O, “Baharın 17 anı”, “Görüş yerini dəyişməz olmaz”, “İlahi, necə sevdim” kimi filmlərilə tanınır.
Aktrisaya ən çox şöhrət gətirən obrazlardan biri isə “Briliant əl” filmində Anna Sergeyevna rolu olub.