
Türkiyəli aktyor Zafer Algöz ölkəsindəki qiymətlərdən şikayətlənib.
Globalinfo.az xəbər verir ki, o, istirahət mərkəzlərini hədəf alıb.
“Tətil mərkəzlərindəki iş adamları “Mövsüm qısadır” deyirlər. Hamıya baha qiymətlər təqdim etsəniz, mövsüm təbii ki, qısa olacaq. Qiymətlər çox yüksəkdir. Hətta xarici turistlər də Türkiyənin baha olduğunu deyirlər. Onlar özlərinə “Harada səhv edirik?” sualını verməlidirlər. Ölkənin dörddə üçü dənizdən ibarətdir. Niyə çimmək üçün pul verməliyəm?”, – aktyor bildirib.
Əliyar Xəlil
Globalinfo.az