Bakıda çəkilən məşhur SSRİ istehsalı “Brilyant əl” filminin aktrisası Viktoriya Ostrovskaya vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
86 yaşlı aktrisanın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Viktoriya Ostrovskaya 1938-ci il sentyabrın 1-də anadan olub. O, 1968-ci il istehsalı “Brilyant əl” filmi ilə məşhurlaşıb.
Əliyar Xəlil
Globalinfo.az