Braziliyanın əfsanəvi futbolçusu vəfat etdi

Braziliyanın əfsanəvi futbolçu və məşqçisi Mario Zaqallo 93 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Zaqallo dörd dəfə – iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970), bir dəfə isə köməkçi məşqçi (1994) kimi dünya kubokunu qazanıb.