Ronaldo və sevgilisi Səudiyyə Ərəbistanında yaşaya biləcəklərmi?

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçən Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigezlə bu ölkədə necə yaşayacağı müzakirələrə səbəb olub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə evli olmayan cütlüklər birlikdə yaşaya bilməz.

Bu səbəbdən Ronaldo və Corcina cütlüyünün necə eyni yaşayacağı mövzusu diqqət çəkib.

Lakin Səudiyyə Ərəbistanı mətbuatının yazdığına görə, ölkə hakimiyyəti onlara güzəşt edəcək.

Amma bunun üçün “Əl Nəsr” klubu Corcinanı da rəsmi işə götürməlidir. Çünki qaydalara görə, kiminsə rəsmi nikahında olmayan və ya hər hansı rəsmi işi olmayan xarici vətəndaş Səudiyyə Ərəbistanında yaşaya bilməz. Ona yalnız 90 günlük turist vizası verilir.