Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, öz şəxsi “X” səhifəsində məlumat verib.
“Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, – deyə o yazıb.
Qeyd edək ki, dünən gündüz saatlarında Voepass aviaşirkətinə məxsus ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.














