Braziliyada təyyarə binalara çırpıldı: 10 ölü, 15 yaralı

Braziliyada təyyarə binalara çırpıldı: 10 ölü, 15 yaralı

Braziliyada şəxsi təyyarə qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Eduardo Leyti bildirib.

Təyyarə Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəza halında mebel mağazası və hotellərin yerləşdiyi binalara çırpılıb. Qəzadan sonra yanğın baş verib.

İlkin məlumata görə, təyyarədə olan 10 sərnişindən heç kim sağ qalmayıb.

Hoteldə qalan 15 nəfər də xəstəxanaya aparılıb.

Qeyd edilib ki, təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub. Lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.