“Oktyabrın 26-da Gürcüstan xalqı ölkənin xilası üçün tarixi seçim etməli olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının fəxri sədri, ölkənin “boz kardinal”ı sayılan Bidzina İvanişvili deyib.
O bildirib ki, eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından xilas olmaq üçün “Gürcü Arzusu”na konstitusion üstünlük lazımdır:
“Əvvəlki illərdən fərqli olaraq regiondakı vəziyyət müəyyən qlobal gücləri və onların ölkədəki agenturasını “vabanka” getməyə məcbur edib. Onlar bütün mümkün yollarla ölkədə hakimiyyəti Vahid Milli Hərəkata qaytarmaq istəyirdirlər. Bu onların agentura maskalarını cırdı”.
B.İvanişvili Gürcüstanın hazırda iki seçim – sülh, çiçəklənmə və müharibə, bədbəxtlik arasında qaldığını söyləyib.
Qeyd edək ki, bundan öncə bənzər çıxışı Gürcüstan Baş naziri İrakli Kobaxidze də edib. O, hakimiyyətdə qalacaqları təqdirdə 2008-ci il müharibəsində Saakaşvili izini axtaracaqlarını, onun partiyasını qadağan edəcəklərini bildirib.
Əliyar Xəlil
Globalinfo.az