İran ilə Fransa, Böyük Britaniya və Almaniya Cenevrədə keçirilən görüşdə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Globalinfo.az “Reuters”ə istinadla xəbər bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz danışıqları davam etdirmək barədə razılığa gəldik. Əsas məsələ dialoq imkanlarını açıq saxlamaqdır. Görüş zamanı biz yalnız nüvə problemini deyil, digər mühüm məsələləri də müzakirə etdik,” – deyə Kallas qeyd edib.
*** 18:55
Cenevrədə İranın xarici işlər naziri ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Görüşün detalları açıqlanmasa da, tərəflərin əsasən nüvə proqramı və regional gərginlikləri müzakirə etdikləri ehtimal olunur.
Eyni zamanda, ABŞ İranla bağlı yeni sanksiyalar elan edib. Vaşinqtonun bu addımı danışıqlara təsir edə biləcək əlavə təzyiq kimi qiymətləndirilir.
Aysel Əliyeva
Globalinfo.az














