Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, “Bosniya qəssabı” Ratko Mladiç ölüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Mladiç Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 85 yaşında ölüb.
Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və müharibələrdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.
Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Serb qoşunlarının 1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərinə daxil olması ilə başlayan soyqırımında bir neçə gün ərzində 8372 bosniyalı mülki şəxs öldürülüb və onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.