Kürd silahlıları (Suriya Demokratik Qüvvələri) Hələbdəki meriya binasına kamikadze dronla hücum ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Hücum zamanı Hələb qubernatoru binada olub. O, informasiya və sosial işlər nazirinin iştirakı ilə mətbuat konfransı keçirirmiş.
Bu arada Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Hələb şəhərinin bəzi bölgələrində həyata keçirilən təhlükəsizlik tədbirləri hərbi əməliyyat xarakteri daşımır, etnik və ya dini azlıqlara qarşı yönəlməyib.
Bəyanatda qeyd olunur ki, Suriya hökuməti Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyə bölgələrində ictimai asayişi bərpa etmək məqsədilə məhdud təhlükəsizlik əməliyyatı keçirib. Bu addımlar SDQ ilə əldə olunmuş təhlükəsizlik razılaşmalarının dəfələrlə pozulması nəticəsində mülki əhalinin zərər çəkməsinə cavab olaraq atılıb.
“Bildirmək istəyirik ki, bu müdaxilə hərbi kampaniya deyil, demoqrafik dəyişikliklərə səbəb olmur və heç bir etnik və ya dini qrupa qarşı yönəlməyib”, – deyə bəyanatda vurğulanır.
Nazirlik həmçinin əlavə edib ki, hökumət mülki əhalinin müdafiəsini prioritet hesab edir, bunun üçün operativ reaksiya mərkəzləri yaradılır və humanitar məqsədli təhlükəsiz dəhlizlər açılır.
Əliyar Xəlil