“Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçilə bənzəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü şir kimi apardığını deyəndə, o belə cavab vermişdi: Şir olan mən yox, ingilis xalqı idi. Amma mənim şir kimi nərildəmək imtiyazım vardı”. Eyni sözləri Zelenski haqqında da demək olar. “O, ukraynalıların nə hiss etdiklərini çox dəqiq bilir”, – Conson vurğulayıb.
Xatırladaq ki, Ukraynanın keçmiş səfiri Vadim Pristayko Zelenskinin Uinston Çörçilin kreslosunda oturduğu və ölkə üçün vacib qərarlar verdiyi haqda danışıb. Bu, keçmiş səfirin Ukrayna liderini Britaniya səfəri zamanı müşayiət etdiyi vaxt baş verib. Belə ki, Zelenski muzeyə baxış keçirərkən Çörçilin o vaxt əyləşdiyi, indi isə eksponat kimi saxlanılan kreslo ilə maraqlanıb. Ukrayna lideri həmin kresloda əyləşərkən özünü Çörçil kimi hiss etdiyini gizlətməyib. Keçmiş səfir qeyd edib ki, o vaxt heç kim bilmirdi ki, iki ildən sonra ukraynalılar parlamentdə çıxış edəcək və Çörçillin sözlərini xatırlayacaqlar.
Müşviq Tofiqoğlu
Globalinfo.az














