Sofiyada təhqir olunan erməniləri öz səfiri də ələ saldı – VİDEO

Sofiyada təhqir olunan erməniləri öz səfiri də ələ saldı - VİDEO

Ermənistandan Bolqarıstana gələn turistlər bu ölkənin sərhədçilərinin kobud münasibəti ilə üzləşiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilir ki, erməni turistlər hava limanında saatlarla gözləməyə məcbur edilir, təhqir olunur, çoxu isə ölkəyə buraxılmır.

Məlumata görə, Sofiyaya gələn iki erməni hava limanında şəraitin dəhşətli olduğu təcridxanaya salınıb. Onlar bununla bağlı Ermənistan səfirliyi və konsulluğu ilə əlaqə saxlayıblar. Lakin erməni diplomatlar onlara “səbir arzulayaraq” məsələnin öz-özünə həllini gözləməyi məsləhət görüblər.

Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqının Ermənistanla viza rejimini liberallaşdıracağı haqda xəbər yayılmışdı. Son günlər isə Ermənistan vətəndaşları Şengen vizası almaq prosesində problemlər yaşayırlar. Sofiyadakı qalmaqalın bu səbəbdən qaynaqlandığı bildirilir.

Zaira Akifqızı
Globalinfo.az