Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə sərhəddə qoşunların yerləşdirilməsi barədə fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.
Məlumata görə, Silahlı Qüvvələrin bölmələri 2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək sərhəd-keçid məntəqələrində asayişi və təhlükəsizliyi təmin edəcək. Qərarın məqsədi sərhəd mühafizəsinə dəstək göstərməkdir.
Bundan əvvəl, oktyabrın 1-də Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkənin hava məkanını pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bəyan etmişdi.
Tahir Turan
Globalinfo.az














