BMT TŞ Qəzzaya yardımla bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına tam, sürətli və maneəsiz humanitar yardımların göstərilməsi üçün təcili fasilə çağırışı edən qətnaməni qəbul edib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, TŞ-nin 13 üzvü qərarın lehinə səs verib. ABŞ və Rusiya səsvermədə iştirak etməyib.

İsrail rəsmisi CNN-ə açıqlamasında BMT TŞ-nin qətnaməsini “lazımsız” adlandırıb və ABŞ-a səylərinə görə təşəkkür edib.

“Onlar həqiqətən də çox çalışdılar və biz onların səylərini təqdir edirik”, – rəsmi deyib.

CNN-in məlumatına görə qətnamədə “tam, sürətli, təhlükəsiz və maneəsiz humanitar girişin mümkün edilməsinə kifayət edəcək günlər qədər Qəzza Zolağı boyunca təcili və genişləndirilmiş humanitar fasilələr və koridorlar” çağırışı edilib.

İsrailin xarici işlər naziri Eli Kohen daha əvvəl müharibənin “bütün girovlar azad edilənə və Həmas Qəzza zolağında silinənə qədər” davam edəcəyini bəyan edib.