BMT Trampı tənqid etdi

BMT Trampı tənqid etdi

“Ticarət müharibəsi qalib gələ bilməz”.

Globalinfo.az xəbər verir ki , BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik ABŞ prezidenti Donald Trampın BRİKS dövlətlərarası assosiasiyasında iştirak edən ölkələrə əlavə ticarət rüsumları tətbiq etmək hədələrini belə şərh edib.

“Ticarət müharibəsində qalib yoxdur”, – deyə təşkilatın nümayəndəsi vurğulayıb.

Daha əvvəl Tramp bildirib ki, ABŞ BRİKS-in “antiamerikan” siyasətinə dəstək ifadə edən ölkələrə 10 faiz əlavə rüsumlar tətbiq edəcək. Ağ Evin rəhbəri heç bir istisna etmək fikrində olmadığını vurğulayıb.

Tahir Turan
Globalinfo.az