BMT-nin yubiley sessiyası işə başladı: yeni Baş katib seçiləcək

BMT-nin yubiley sessiyası işə başladı: yeni Baş katib seçiləcək

Nyu-Yorkda BMT Baş Assambleyasının yubiley – 80-ci sessiyası start götürüb. Sessiyaya Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok sədrlik edir.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Berbok açılış nitqində bütün üzv dövlətlərə bərabər yanaşacağını və yalnız BMT Nizamnaməsinə əsaslanaraq fəaliyyət göstərəcəyini bildirib:

“Mən 193 üzv dövlətin hamısına eyni səviyyədə xidmət etməyə sadiqəm. Qərəzsiz olacağam, vasitəçi kimi hər kəsin səsini dinləyəcəyəm, xüsusən də çox vaxt diqqətdən kənarda qalanları”.

Sessiyanın əsas hadisələrindən biri BMT Baş katibi seçkiləri olacaq. Hazırkı Baş katib Antoniu Quterreşin səlahiyyətləri 2026-cı ilin sonunda başa çatır.