BMT-nin Baş katibi Azərbaycan səfirliyinə hücumu pislədi

BMT-nin Baş katibi Azərbaycan səfirliyinə hücumu pislədi

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini və Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ciddi ziyanı sərt şəkildə pisləyib.

Globalinfo.az xəbər verir ki, Quterreş mülki infrastruktura və diplomatik obyektlərə yönələn bu hücumları beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Onun sözlərinə görə, belə hadisələr qəbul edilə bilməz. Baş katib qeyd edib ki, diplomatik səviyyədə belə hücumlar beynəlxalq əlaqələrdə gərginliyi artırır və regionda təhlükəsizlik balansını ciddi şəkildə sarsıdır.

“Diplomatik obyektlərə, eləcə də mülki infrastrukturun hədəfə alınması qətiyyən qəbuledilməzdir. Bu, beynəlxalq hüququn pozulması və sülh proseslərinə açıq təhdiddir”, – Quterreş vurğulayıb.

Tahir Turan
Globalinfo.az