BMT-dən Putin-Tramp görüşünə reaksiya

BMT-dən Putin-Tramp görüşünə reaksiya

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin ofisi Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüşü müsbət qarşılayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq mətbuata açıqlamasında bildirib:

“Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, Baş Assambleya və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ukraynada sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə deyib ki, Putin və Tramp arasında görüş artıq razılaşdırılıb, görüşün yeri müəyyən edilib və yaxın günlərdə açıqlanacaq.

Bu görüşün əsas mövzusunun Ukrayna münaqişəsinin həlli və Rusiya-Qərb münasibətlərinin gələcəyi olacağı bildirilir.

Tahir Turan
Globalinfo.az