BMT-dən İrandakı terrora reaksiya

BMT-dən İrandakı terrora reaksiya

BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktını pisləyib.

Globalinfo.az xəbər verir ki, təşkilat bu barədə bəyanat yayıb.

Bildirilib ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.

TŞ həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib.

Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.