BMT-dən Kipr QƏRARI: Sülh Qüvvələrinin mandatı uzadıldı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1964-cü ildən Kipr adasında olan BMT Sülh Qüvvələrinin mandatının daha bir il uzadılmasına qərar verib.

Globalinfo.az xəbər verir ki, Qərar BMT TŞ-də keçirilən səsvermədə yekdilliklə qəbul edilib.

Beləliklə, 1964-cü ildən Adada olan Sülh Qüvvələrinin mandatı bir il də artırılıb. BMT-nin baş katibi Antonio Quterreş Kolumbiyanın keçmiş xarici işlər naziri Mariya Angela Olgin Kuelyarın Kiprin şəxsi nümayəndəsi təyin edilməsinin müsbət qarşılandığı bildirib. O, tərəfləri bunu fürsət kimi dəyərləndirməyə və əməkdaşlıq çərçivəsində hərəkət etməyə çağırıb.

Qərarda həmçinin tərəflərin bufer zonada gərginliyi azaltması tövsiyə olunub, bütövlüyün qorunmasının vacibliyi vurğulanıb. Xatırladaq ki, BMT-nin Sülh Qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət şəxsi heyətlə yaradılıb. Kipr adası 1974-cü ildən Şimal və Cənub olmaqla iki hissəyə bölünüb.

Əliyar Xəlil,

Globalinfo.az