BMT-dən İsrail-HƏMAS müharibəsi ilə bağlı qətnamə

BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəliş nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb.

120 ölkə qətnamə layihəsinin lehinə, 14 ölkə əleyhinə səs verib; 45 ölkə səsvermədə iştirak etməyib.

İki gün davam edən fövqəladə xüsusi sessiyada bölgədə zorakılığın dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub.