BMT-dən HƏYƏCAN TƏBİLİ: Onminlərlə uşaq ölümlə üz-üzə…

Sudanda on minlərlə azyaşlı aclıqdan ölə bilər.

Globalinfo.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elder deyib.

O, bildirib ki, Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir:

“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək. Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”.

Qeyd edək ki, Sudanda təxminən 25 milyon nəfərin humanitar yardıma və müdafiəyə ehtiyacı var.