BMT-də 4 min itkinimizlə bağlı çağırış edildi

BMT-də 4 min itkinimizlə bağlı çağırış edildi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (UNGA) 80-ci sessiyasında Azərbaycanın 4000 itkin düşmüş şəxsi ilə bağlı çağırış edilib.

Globalinfo.az xəbər verir ki, BMT-nin 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib.

    Nazir müavini bəyanatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə diqqət çəkərək, həqiqət və ədalətin təmin olunması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.