Blinkendən Rəisinin ünvanına ağır sözlər

 

Blinkendən Rəisinin ünvanına ağır sözlər

 “Biz İran prezidentinin ölümünə yas tutmuruq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib.

O bildirib ki, Rəisinin prezident kimi dəhşətli addımları nəzərə alınsa, çox güman ki, İran xalqı onsuz daha yaxşı vəziyyətdə olacaq. Biz, əlbəttə ki, onun ölümünə yas tutmuruq”, – Blinken vurğulayıb.

Maraqlıdır ki, daha öncə ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az