Blinken Yaxın Şərqə, müavini isə Qafqaza gəlir – Kritik müzakirələr

Blinken Yaxın Şərqə, müavini isə Qafqaza gəlir - Kritik müzakirələr

ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turnesi başlayır.

Globalinfo.az xəbər verir ki, səfər iyunun 10-dan 12-nə qədər davam edəcək. Bu dövr ərzində Blinken Misir, İsrail, İordaniya və Qətərdə olacaq və Qəzzadakı vəziyyəti müzakirə edəcək.

ABŞ dövlət katibinin Yaxın Şərqdən birbaşa İtaliyaya gedəcəyi bildirilir. O burada ABŞ Prezidenti Cozef Baydeni Böyük Yeddiliyin sammitində müşayiət edəcək.

Blinkenlə bərabər onun müavini Ceyms Obrayen də eyni tarix ərzində Vaşinqtonu tərk edəcək. O, Ermənistana gələcək. Obrayen İrəvanda əməkdaşlıq, eləcə də Azərbaycanla sülh məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, Blinken cari ildə ən çox Yaxın Şərq bölgəsinə səfər edib. Həmin səfərlər çərçivəsində demək olar ki, bütün Yaxın Şərq ölkələrində olub.

Əliyar Xəlil
Globalinfo.az