ABŞ Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanal diqqətə çatdırıb ki, Fidan ilə Blinken arasında noyabrın 6-da baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Blinkenin Ankarada keçəcəyi yolun üzərində yerləşən köpüyə HƏMAS qruplaşmasının sözçüsü Əbu Ubeydənin böyük posteri asılıb.