Blinken müjdəni verdi: Qəzzada müharibə başa çatır?

“ABŞ tezliklə Qəzzada atəşkəsi təmin etmək üçün yeni formul təqdim edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lammi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ və Britaniya Qəzzada münaqişəni mümkün qədər tez bitirməyə çalışır.

“ABŞ Qətər və Misirlə birgə mövcud boşluqları aradan qaldırmaq üçün yeni müqavilə formulunun hazırlanmasında yaxından iştirak edir. Tezliklə biz bu məsələni tərəflərə təqdim edəcəyik və onların fikirlərini öyrənəcəyik. Məsələlərin 90 faizdən çoxu razılaşdırılıb və həll olunub. Lakin tamamilə həll olunması vacib bir neçə problem qalıb. İndi hər şey Netanyahu və Sinvarın əlindədir. Onlar bizə xətti keçməyə və masada olan müqaviləni bağlamağa kömək edəcəklər”, – deyə Blinken vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az