es

Estoniya Prezidenti Alar Karis Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirsiz olduğunu etiraf edib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli “ERR” telekanalı məlumat yayıb.

“Tarixin göstərdiyi kimi, təcrid siyasəti adətən işə yaramır. Sanksiyaların da müvəqqəti effekti var, qeyri-müəyyən müddətə yox. Rusiyanı əbədi olaraq kənarda saxlamaq mümkünsüzdür”, – deyə Prezident bildirib.

Alar Karis Moskva ilə bağlı atılacaq növbəti addımların nəzərdən keçirilməsinə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: