Blinken İstanbula gəldi – FOTO / VİDEO

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” hesabında bildirib.

“Dövlət katibi Blinken İstanbula gəlib. Türkiyə uzunmüddətli tərəfdaş, NATO-nun dəyərli müttəfiqidir və Qəzzada münaqişənin yayılmasının qarşısının alınması da daxil olmaqla regional təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır”, o, paylaşımında bildirib.

***

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, Blinkeni gətirən ABŞ-ın “Boeing C-32A” tipli şəxsi təyyarəsi axşam saat 19:00-da İstanbul hava limanının VİP terminalına eniş edib.

Qeyd edilib ki, dövlət katibi və heyəti Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib.

Məlumata görə, diplomatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.