unnamed file

Qərb qüvvələrinin Ukraynaya yerləşdirilməsi münaqişənin mahiyyətini köklü şəkildə dəyişə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyalı siyasətçi Cim Ferqyuson özünün sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, əgər Avropa qoşunları Ukraynaya göndərilərsə, regional xarakter daşıyan dəhşətli müharibə Avropa ölkələri ilə Rusiya arasında birbaşa qarşıdurmaya çevrilə bilər və bu, tarixi nəticələr doğura bilər.

Ferqyuson vurğulayıb ki, hazırda qəbul olunan siyasi qərarlar ya gərginliyin daha da artmasına, ya da daha genişmiqyaslı müharibənin qarşısının alınmasına təsir göstərəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: