“Avropa İttifaqının heç vaxt indiki qədər daxili və xarici düşmənləri olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Almaniya konstitusiyasının 75-ci ildönümü ilə əlaqədar Berlində keçirilən mərasimdə çıxışı zamanı deyib.
Fransa prezidenti Avropanın təhlükədə olduğunu bildirib: “Mən artıq inanıram ki, Avropamız ölə bilər”.
E.Makron Avropadakı çətin vəziyyətin Ukraynada davam edən münaqişə ilə əlaqələndirib.
Ayşən Mustafa
Globalinfo.az














