“Bizə müharibə lazım deyil” – Bayden Amerika xalqına …

“Bayden Yəmənə niyə zərbə vurulduğunu amerikalılara izah etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki addımları yeni müharibəyə yol aça bilər:

“Husilərə qarşı görülən tədbirlər vəziyyəti sabitləşdirməyə kömək etmir, üstəlik bu, eskalasiyaya səbəb ola bilər. Husilərə qarşı zərbələrlə nə əldə etməyə çalışırıq? Bir neçə raketin Husiləri qorxudacağını düşünürüksə, o zaman bu fikirdən vaz keçməliyik.  Çünki bu zərbələr bizi müharibəyə sürükləyə bilər. Və düşünürəm ki, Prezident Bayden  Amerika xalqına addımlarımızı izah etməyə borcludur. Mən Ağ Ev rəsmilərindən planın nədən ibarət olduğunu və onun Amerika Konstitusiyasına uyğun gəlib-gəlmədiyini eşitmək istərdim. İndi Qırmızı dənizdə yaranan problem müharibə ilə nəticələnə bilər. Amma bunun sonunun necə olacağı bəlli deyil.  Üstəlik, bizə müharibə lazım deyil.”, – deyə Davis fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az