“Rus ordusu oradan çıxacaqmı” sualına Trampdan CAVAB

“Rus ordusu oradan çıxacaqmı” sualına Trampdan CAVAB

“Biz razılığa gələcəyik və Ukrayna bir daha hərbi əməliyyatlara qayıtmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.

“Ümid edirəm ki, məni bölgəyə sülh gətirən biri kimi yadda saxlayacaqlar. Mən bunu neçə-neçə həyatı xilas etmək üçün edirəm. Ən vacibi də elə budur”, – Tramp bildirib.

Ukraynanın bir sıra güzəştlər etməli olacağını deyən ABŞ Prezidenti Kiyevə yardım məsələsindən də danışıb.

“Biz Ukraynaya silah tədarük edəcəyik, amma ümid edirik ki, böyük rəqəmlərə ehtiyac olmayacaq”, – əlavə edib.

Jurnalistin “Rusiya ordusu Ukraynadan çıxacaqmı?” sualına isə Trampın cavabı maraqlı olub:

“Baxarıq. Ora çox böyük ərazidir…”, – deyib.

Jurnalistlərdən biri ABŞ Prezidentinə “Rusiya və Ukrayna liderləri görüşə bilərmi?” sualını ünvanlayıb, Tramp “onlar bir-birilərini sevmirlər” deyə cavab verib.

Aysel Əliyeva
Globalinfo.az