“Bu gün bizim bir problemimiz var: Qərbi Azərbaycan, yoxsa Ermənistan olmalıyıq?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.
Deputat sülh üçün Ermənistanın daxilində həll edilməli məsələlərin olduğunu bildirib:
“Məqsədimiz sülhsevər, ləyaqətli və həqiqi Ermənistana sahib olmaqdır. Biz indikiləri, əvvəlkiləri, ümumilikdə hamını bir məqsəd ətrafında birləşdirəcəyik. Öz evimizi qaydaya salmaqla bağlı problemimiz var. Nə vaxt evimizi qaydaya salsaq, o zaman qonşularımızla sülh, ləyaqət içində bir yerdə yaşaya bilərik. Biz Ermənistanı seçirik”.
Ayşən Mustafa
Globalinfo.az














