“Biz dözülməz dövlətə çevriləcəyik” – Ovannisyan

“Biz sivilizasiya xarakteri daşıyacaq hərəkata başlamalıyıq. Bu, o deməkdir ki, biz ləyaqətsiz yaşamaq istəmirik, regionda güclü dövlət olmağı arzulayırıq. Amma bu mübarizə uğur qazanmasa, biz dözülməz dövlətə çevriləcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan deyib.

“Dövləti qoruyub saxlamaq, inkişaf etdirmək, eləcə də Azərbaycan və Türkiyə ilə düzgün əlaqələr qurmaq üçün hər cür imkan var. Bu, danışıqlar aparan şəxsin dəyişdirilməsini tələb edir. Dörd ildir davam edən mübarizənin uğur qazanması üçün düzgün fikir və işin normal təşkili lazımdır. Biz insanlara dəqiq nəyi dəyişdirmək lazım olduğunu izah etməliyik. Rusiya və İranın hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyini aydın şəkildə başa salmalıyıq”, – deyə Ovannisyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az