Bitkoin sürətlə bahalaşır – Rekord yeniləndi

Bitkoin sürətlə bahalaşır - Rekord yeniləndi

Bitkoinin qiyməti növbəti dəfə artaraq tarixi rekordu yenilənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Binance” platformasında yayımlanan göstəricilərdə qeyd olunub.

Məlumata görə, kriptovalyutanın qiyməti tarixində ilk dəfə ən yüksək həddə qalxaraq 93 484 ABŞ dollarına çatıb və bu, bazarda yeni bir rekord kimi qeyd olunur.

Ekspertlər Bitkoinin qiymətinin yaxın gələcəkdə də artmaq ehtimalının yüksək olduğunu bildirir, bu da investorların marağını artırır.