
“Bitkoin” (BTC) kriptovalyutasının qiyməti artımını sürətləndirib və tarixi maksimumunu yeniləyərək 111 900 dolları ötüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 21:34-ə olan məlumata əsasən, BTC 4,69 % bahalaşaraq 111 980 dollar səviyyəsinə yüksəlib.
Bu, son bir il ərzində ən yüksək göstəricidir.