rubio meredov

ABŞ Türkmənistan təbii qazının ixracının Transxəzər marşrutlarla diversifikasiyasını dəstəkləyir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşün yekunlarına dair bəyanatda deyilir.

Rubio həmçinin Meredova “son ticarət sazişlərində əldə olunmuş tərəqqiyə” görə təşəkkür edib. Tərəflər energetika, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

“Dövlət katibi ABŞ-ın Türkmənistandan təbii qaz ixracının Transxəzər marşrutlar vasitəsilə diversifikasiyasına qəti dəstəyini ifadə edib”, – bəyanatda bildirilib.

Paylaş: