Bitkoinin dəyəri tarixi rekordu yenilədi

Bitkoinin dəyəri tarixi rekordu yenilədi

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 113 min dolları ötüb.

Globalinfo.az xəbər verir ki, “Binance” platformasına əsasən bitkoinin qiyməti bir gündə 3,49% artaraq 113 231,01 dollara çatıb.

“CoinMarketCap” platformasının məlumatlarına əsasən kriptovalyutanın qiyməti orta hesabla 3,57% artaraq 113 351,27 dollara çatıb.