Bitkoin 2025-ci ildə ikiqat bahalaşacaq

Bitkoin 2025-ci ildə ikiqat bahalaşacaq
Dünyanın ən böyük və ən məşhur kriptovalyutasının qiyməti 2025-ci ildə ikiqat artacaq.

Globalinfo.az Reuters-ə istinadən xəbər verir ki, Bitkoin növbəti onillikdə qızılı tədricən əvəz edərək müasir dövrün əsas aktivi ola bilər.

“2024-cü ildə Bitkoinin qiyməti iki dəfədən çox artdı. Ötən ilin dekabrın əvvəlində 100.000 dollara olan kriptovalyutanın 2025-ci ilin sonunda 200.000 dollar səviyyəsinə çatacağını gözləyirik”, – Bernstein broker şirkətinin analitikləri yazır.

Onlar həmçinin inanırlar ki, kriptovalyuta institusional aktivlərin bölüşdürülməsinin vacib hissəsinə və korporativ xəzinədarlığın idarə edilməsi üçün standarta çevriləcək.

Qeyd edək ki, dekabrın 5-də bitkoinin qiyməti tarixi 100 min dollar həddinə çatıb.