Birinci sinfə gedəcək uşaqların valideynlərinin nəzərinə

Birinci sinfə gedəcək uşaqların valideynlərinin nəzərinə

“Yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda üstünlük verilən məktəblərin siyahısı elan ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar”, – deyə o qeyd edib”, – deyə o əlavə edib.

Agentlik sədri, həmçinin bildirib ki, on beş gün ərzində şagirdlərin yerdəyişməsi ilə bağlı proqram təminatı istifadəyə veriləcək.